Əlaqə Arxiv
news Image
2013.10.21
12:00
| A A A
“Orxal Zeynalov məsələsi Rusiyada əsasız şişirdilir”

Xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycanın məsələnin həllinin qanunvericilik çərçivəsində həyata keçirilməsi tərəfdarı olduğunu deyib

Azərbaycan  "Orxal Zeynalov məsələsi Rusiyada əsasız şəkilədə çox şişirdilir". Bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiyada bu məsələ hədsiz ictimailəşdirilib:


"Adi hal kimi baxılsa bu hadisəyə istintaq aparımalıdır. Azərbaycan Orxan Zeynalov məsələsinin həllinin qanunvericilik çərçivəsində həyata keçirilməsinin tərəfdarıdır. Azərbaycan bunun üzərində dəyanacaq. Bu məsələ hədsiz dərəcədə əsasız şəkildə şişirdilib. Bildiyiniz kimi Moskvada kriminal vəziyyət gərgindir və bu cür hadisələr belə böyük şəhərin müxtəlif bölgələrində baş verə bilər. Ancaq heç bir hadisə bu qədər şişirdilməyib və bu qədər ictimailəşdirilməyib".


A.Əzimov bildirib ki, bu məsələ Rusiya-Azərbaycan münasibətlərinə təsir etmək istəyənlərə son nəticədə bumeranq təsiri göstərəcək.


Sizin Reklam Yeriniz