Əlaqə Arxiv
news Image
2013.10.21
15:15
| A A A
Ermənistanda keçirilən beynəlxalq konfrans zamanı qalmaqal yaranıb

Zala daxil olan ictimai fəallar Ermənistandakı hakim rejim irqçi olduğunu bəyan ediblər


İrəvan (Ermənistan) şəhərində diskriminasiya, ksenofobiya və dözümsüzlük əleyhinə keçirilən konfransın işi pozulub.

 

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Diskriminasiya, ksenofobiya və dözümsüzlüklə mübarizə" adlı konfransı açıq elan etdikdən sonra əllərində şüarlar tutmuş ictimai fəallar toplantı zalına daxil olublar.

 

Aksiya təşkilatçıları bəyan ediblər ki, Ermənistan hökuməti bu məzmunda konfranslar keçirə bilməz: "Çünki Ermənistandakı hakim rejim irqçidir".

 

Ermənistan XİN-in, tədbir keçirilən mehmanxananın təhlükəsizlik xidmətləri və polislər fəalları zaldan çıxarmaq istəsələr də, buna nail ola bilməyiblər. Aksiya iştirakçıları qonaqlar qarşısında düzülərək yarım saat zalda qalıblar.

Sizin Reklam Yeriniz