Əlaqə Arxiv
news Image
2013.10.21
14:10
| A A A
"Cəmil Həsənli kimi arvad dalınca danışmıram"
Gülər Əhmədova: "Elşad Abdullayev 4 min tələbənin haqqını pozub, onları aldadanda Cəmil Həsənli parlamentdə Təhsil Komitəsində təmsil olunurdu"

"Mənim hüquqlarım təkcə öz ölkəmdə, Azərbaycanda deyil, beynəlxalq səviyyədə də pozulub. ABŞ Dövlət Departamenti və ATƏT öz hesabatlarında məni cinayətkar kimi elan ediblər. Hansı haqla məni cinayətkar élan ediblər? Mənim təqsirsizlik prezumpsiyamı pozurlar? Burada söhbət təkcə məndən deyil, ailəmin nüfuzundan, eləcə də ABŞ-da təhsil alan oğlumun taleyindən gedir. Mən ABŞ prezidentinə məktub yazacam. Bəlkə 11 sentyabr hadisəsi kimi cinayəti də mən törətmişəm? Başa düşə bilmirəm, mən terrorçuyam, yoxsa dövlət əhəmiyyətli bir cinayət törətmişəm ki, məni beynəlxalq aləmə cinayətkar kimi təqdim edirlər".

Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün məhkəməsi keçirilən sabiq deputat Gülər Əhmədova öz çıxışında söyləyib. 

G. Əhmədova daha sonra onu efirdən mandat alverçisi adlandıran Cəmil Həsənliyə də ittihamlar səsləndirib: "Əl-qolum bağlıdır deyə, adına siyasətçi deyən bir neçə nəfər ağzına gələni danışır. Həbsdə olmasaydım, onların heç biri buna cürət etməzdi. Keçmiş həmkarım Cəmil Həsənli mənə mandat alverçisi deyib. Hansı haqla məni 9 milyon qarşısında mandat alverçisi adlandırır? Mən onun kimi arvad dalınca danışan deyiləm. Mən tələb edirəm ki, gəlsin bura. Cəmil Həsənli və onun yanında oturan mandatı əlindən çıxanların hansı biri mandatı pulla almışdı məgər? Elşad Abdullayev 4 min tələbənin haqqını pozub, onları aldadanda Cəmil Həsənli parlamentdə Təhsil Komitəsində təmsil olunurdu. Niyə həmin vaxt Elşad Abdullayevin bu qanunsuz əməllərinə susub bir kəlmə bildirmirdi? İndi uzun illər Elşad Abdullayevin yanında çalışan adam Cəmil Həsənli mənə demokratiya dərsi keçir. Əsl demokratiyanın təntənəsini mən ortaya qoydum. İstintaqa təyziq olmasın deyə mandatımdan imtina etdim. Möhtərəm hakim mən Cəmil Həsənlini, ABŞ və ATƏT nümayəndələrini burada görmək istəyirəm. Mən prezident seçkilərində keçirdiyim əsəbi həbs olunduğum 10 ay müddətində keçirməmişəm. Həbsdə olan qadının dalınca danışmaq elə də böyük cəsarət, kişilik tələb etmir. Mənim köməksiz vəziyyətimdən istifadə edərək özünə siyasi xal qazanan Cəmil Həsənli, ABŞ dövlət departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri siz burda gözləyirəm. Gəlin!". 

 


Sizin Reklam Yeriniz