Əlaqə Arxiv
news Image
2013.10.21
16:25
| A A A
"Qanlı Bazar qırğını" 41 il sonra da unudulmadı

Movqe.Az xəbər verir ki, Şimali İrlandiyadakı "Qanlı Bazar" qırğınından 41 il sonra , silahsız vətəndaşlara atəş açan İngilis əsgərləri nəhayət ədalət qarşısında ittiham olunacaq. İngiltərədə Qanlı Bazar qırğınıyla əlaqədar 12 il davam edən istintaqlar nəticəsində 2010-cu ildə yayımlanan Saville hesabatında, " nümayişçilərin hamısının silahsız olduğu və əsgərlərin atəş açmasının haqlı göstərilməyəcəyi " deyilib. Hesabatın nəşr olunmasından üç il sonra Şimali İrlandiya polisi hərəkətə keçib. Sunday Times qəzetinə danışan bir təhlükəsizlik səlahiyyətlisi , " Hadisələrin yenidən araşdırılmasıyla əlaqədar uzun və mürəkkəb bir istintaq müddəti başladı" deyib. Bir qaynaq, 20 təqaüdçü əsgərin cinayət və cinayətə təşəbbüs ittihamlarıyla sorgulanacağını və bəzi əsgərlərin həbs olunmasının gözlənildiyini söyləyib. Müdafiə Nazirliyi, nümayişçilərin silahlı olduqlarını sandıqlarını müdafiə edən, bu günə qədər rəsmi olaraq sorğulanmaya və artıq 60 yaşlarda olan təqaüdçü əsgərlər üçün vəkil tutacaq. İstintaq çərçivəsində şahidlərlə də yenidən müzakirə ediləcək. Qanlı Bazarda iştirak edən , daha sonra Əfqanıstanda İngilis birliklərini idarə edən təqaüdçü general Richard Kemp isə qərarı bu sözlərlə tənqid edib: "O gün yaşanan yersiz ölümləri qınasam da hüquqçuların hadisədən 41 il sonra İngilis əsgərlərini cinayətlə mühakimə etməsini doğru saymıram. Bu tamamilə siyasi məqsədlərlə həyata keçirilən bir mühakimə olacaq və cəmiyyətə heç bir fayda verməyəcək . " Böyük Britaniyaya yaxın Şimali İrlandiyanın Derri şəhərində, 30 Yanvar 1972-cil günü Katoliklərə qarşı ayrı-seçkilik tətbiq edilməsi səbəbiylə təşkil edilən sülh nümayişdə, İngilis paraşüt birliyi əsgərlərinin atəş açması nəticəsində 14 nəfər ölmüşdü. Çoxunun yaşı 20-yəçatmayan qurbanlardan 5-i arxalarından vurulmuşdu. Derridə bu gün də bəzi mənzillərin divarlarında qırğını təsvir edən şəkillər vardır.  

Sizin Reklam Yeriniz