Əlaqə Arxiv
news Image
2013.10.21
18:09
| A A A
Müxaliflər: "Əsədə aid 286 döyüş təyyarəsini yerə saldıq"

Movqe.Az xəbər verir ki, Suriyada 2.5 ildən çox müddətdir davam edən vətəndaş müharibəsi və qarşıdurmalarda müxaliflər Əsəd rəhbərliyinə aid 286 döyüş təyyarəsi və vertolyot vurduqlarını iddia edir. Suriyalı müxaliflər, ölkə daxilində qarşıdurmalarda salınan rəhbərliyə aid döyüş təyyarələrinin statistik məlumatlarını yayımlayıb. Tebareke Əl Rəhman Briqadası Mətbuat Mərkəzi tərəfindən açıqlanan məlumatlara görə; İdlibdə 75, Hələbdə 60, Deyr Ez Zorda 58, Şam və ətraf ərazilərində 40, Hama çölündə 19, Humus çölündə 15, Derada 7, Rakkada 4 , Lazkiyədə 2, Hakesedə 1 olmaq üzrə, ölkə daxilində cəmi 286 döyüş təyyarəsi və vertolyot salınıb. Müxaliflər, Suriya inqilabında ilk döyüş təyyarəsinin 7 Mart 2012 tarixində İdlibdə salındığına diqqət çəkib. 

Sizin Reklam Yeriniz