Əlaqə Arxiv
news Image
2013.10.21
18:13
| A A A
Gürcüstanda qar həyatı iflic edib

Goderze dağının ətəyində yağan qarın hündürlüyü 50 sm-ə çatıb

Gürcüstanda Axıska əyaləti ilə Batumi şəhəri arasında yerləşən Goderze dağı ərazisində güclü qar yağması bölgədə nəqliyyatın hərəkətini iflic edib. Dağın ətəyində qarın hündürlüyü 50 santimetrə çatıb. Nəticədə Axıska ilə Batumini birləşdirən magistral yol bağlanıb.


Yük maşınları qarın içində qalıb və kürəklə yolu təmizləməyə çalışan sürücülərin köməyinə qartəmizləyici texnika gəlib. Yük maşınlarının çıxarılması isə bir neçə saatdan sonra mümkün olub. Yol açıldıqdan sonra bölgədə nəqliyyatın hərəkəti bərpa olunub.


Sizin Reklam Yeriniz