Əlaqə Arxiv
news Image
2013.10.21
18:07
| A A A
Nazirlik Tarif Şurasına müraciət etdi-Eksklüziv
Müşfiq Əmorov: "Hazırda Tarif Şurasında rabitə tariflərinə baxılması üzrə RİTN ilə birgə işçi qrupu yaradılıb"

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən telefon rabitəsi üzrə tariflərə yenidən baxılması üçün hazırlanan tarif paketi məktubla Tarif (qiymət) Şurasına təqdim olunub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinin  rəhbəri Müşfiq Əmirovun Movqe.az-a verdiyi məlumata görə, Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması ilə bağlı Tədbirlər Planının icrası üzrə rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması ilə bağlı işlər də aparılır. Hazırda Tarif Şurasında rabitə tariflərinə baxılması üzrə RİTN ilə birgə işçi qrupu yaradılıb. Həmçinin UPX tariflərinin iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması məqsədilə tarif dəyişikliyi üzrə təkliflər paketi hazırlanaraq TŞ-yə təqdim olunub. Artıq təkliflərə Tarif Şurasında baxılmaqdadır. Eyni zamanda, rəqəmli yayıma keçidlə əlaqədar televiziya yayım tarifləri üzrə təkliflər də hazırlanaraq baxılması üçün Tarif (qiymət) Şurasına təqdim edilib. 


Sizin Reklam Yeriniz