Əlaqə Arxiv
news Image
2013.10.22
11:59
| A A A
Bakıda İSESKO-nun regional iclası keçirilir

Tədbirin məqsədi İSESKO-nun təhsil sahəsində gələcək siyasətinin, Milli Komissiyaların İSESKO ilə əməkdaşlığının genişləndirilməsidir

Azərbaycan  Oktyabrın 22-də Bakıda İSESKO-nun Asiya regionu ölkələri üzrə Milli Komissiyaları Baş katiblərinin regional iclası öz işinə başlayıb. 


Təhsil Nazirliyindən Ans press-ə verilən məlumata görə, tədbirin əsas məqsədi İSESKO-nun təhsil sahəsində gələcək siyasətinin, həyata keçiriləcək proqramlarının və iş metodlarının, həmçinin, Milli Komissiyaların İSESKO ilə əməkdaşlığının genişləndirilməsi, bu təşkilatın Milli Komissiyaları arasında təcrübə mübadiləsi və digər məsələlərin müzakirəsidir.


İclasda İSESKO-ya üzv olan 6 ölkənin, o cümlədən Azərbaycan, Banqladeş, İndoneziya, Maldiv Respublikası, Pakistan və Tacikistanın, habelə İSESKO-nun nümayəndələri iştirak edirlər.


Regional iclas oktyabrın 24-də başa çatacaq.

Sizin Reklam Yeriniz