Əlaqə Arxiv
news Image
2013.10.22
12:32
| A A A
Azərbaycanda yararsız ərzaq malları tapılıb

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati cərimələr tətbiq olunacaq

Azərbaycan  Respublikanın 8 şəhərində aparılan manitorinqlər zamanı yararsız ərzaq malları tapılıb. İqtisadi İnkişaf Nazirliyinin saytında verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən monitorinqlər zamanı 160 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub. Yararsız məhsullar satışdan çıxarılaraq məhv edilib.


Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Sizin Reklam Yeriniz