Əlaqə Arxiv
news Image
2013.10.22
13:06
| A A A
Azərbaycanda ali təhsildə qrant maliyyələşməsi mexanizmi ilə bağlı təkliflər hazırlanıb

Bu gün Bakıda "Ali təhsildə qrant maliyyələşdirilməsi mexanizminin formalaşdırılmasına dəstək Layihəsi" çərçivəsində hazırlanmış tövsiyə sənədinin təqdimatı keçirilib. Movqe.az-ın xəbər verdiyi kimi, sənəd Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Təhsil Nazirliyi Elmi Koordinasiya Şurasının Ali təhsilin iqtisadiyyatı Komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən hazırlanıb.Tövsiyə sənədi ali təhsildə qrant maliyyələşdirilməsi ilə əlaqədar ümumi məlumatı, Azərbaycanda ali təhsildə qrant maliyyələşməsinin vəziyyəti, bu sahədə beynəlxalq təcrübə, dünya təcrübəsində universitetlərin qrant mənbələri və qrantların cəlb olunması yolları, layihə çərçivəsində keçirilən müsahibə və qrant maliyyələşməsi sahəsində tövsiyələrdən ibarətdir.Qeyd edək ki, bu sənəd Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil Komitəsi, Prezident Administrasiyasının humanitar məsələlər şöbəsi, Prezident yanında Elmin İnkişaf Fondu, dövlət və özəl universitetlərə təqdim olunacaq.

Sizin Reklam Yeriniz