Əlaqə Arxiv
news Image
2013.10.22
13:32
| A A A
Ekologiyanın düşmənləri külli-miqdarda cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2013-cü ilin 9 ayı ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2113 akt və 519 protokol tərtib olunub,  aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə  əsasən icrası məcburi olan 924 müddətli məcburi göstəriş verilib. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 571 iş üzrə 4389265 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyanla bağlı 378 iş üzrə 2834859.72 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə idarə və müəssisələrə 4622 iş üzrə 1001890.08 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 200 işdən 26-na, icra qruplarına göndərilmiş 302 işdən 191-nə, məhkəmələrə göndərilmiş 120 işdən 49-na baxılaraq müvafiq tədbirlər görülüb. İcra qruplarına göndərilmiş 5 iş rədd edilib. Ümumilikdə "Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna"  2934178.38 manat vəsaitin köçürülməsi təmin edilib. Su ehtiyatlarının mühafizəsi  üzrə  254 akt və 55 protokol  tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə  əsasən icrası məcburi olan 124 müddətli, atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırma aparılaraq 296 akt və 31 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 236 müddətli, torpağın mühafizəsi üzrə 145 akt və 66 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə  əsasən icrası məcburi olan 35 müddətli, məişət tullantıları  üzrə  278 akt və 51 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə  əsasən icrası məcburi olan 177 müddətli, istehsalat tullantıları  üzrə  321 akt və 41 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə  əsasən icrası məcburi olan 274 müddətli məcburi göstəriş verilib. Bundan əlavə, floranın mühafizəsi sahəsində meşə fonduna daxil olan ağac və kol bitkilərinin qorunması üzrə aşkar olunmuş qanun pozuntularına görə 143 akt və 25 protokol, fauna ehtiyatlarının mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə  58 akt və 28 protokol tərtib olunub. Meşə fonduna daxil olmayan ağac və kol bitkilərinin mühafizəsi  üzrə isə 472 akt və 117 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə  əsasən icrası məcburi olan 35 müddətli, su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 27 akt və 49 protokol tərtib olunun, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə  əsasən icrası məcburi olan 10 müddətli məcburi göstəriş verilib.

Sizin Reklam Yeriniz