Əlaqə Arxiv
news Image
2013.10.22
13:46
| A A A
3 şəhərin apellyasiya məhkəməsinin hakimi vəzifəsindən azad edildi

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Bakı, Gəncə və Şirvan şəhər apellyasiya məhkəmələrinin hakimləri tutduqları vəzifələrindən azad olunması ilə bağlı Azərbaycan Prezidentinin təqdimatına baxılıb.


Movqe.az-ın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, ölkə başçısı "Məhkəmələr və hakimlər haqqında" qanunun 97-ci maddəsinə əsasən parlamentə təqdimat göndərib.

 

Təqdimata əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlu, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlu və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu tutduqları vəzifələrindən azad edilirlər. Təqdimat səsə qoyularaq qəbul olunub.

Sizin Reklam Yeriniz