Yağış yağacaq
Şimal-qərb küləyi axşam arabir
güclənəcək.Bakı və Abşeron yarımadasında oktyabrın 23-də
hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz
keçəcəyi, axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə
yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a
verilən məlumata görə, havanın temperaturunun gecə 9-12, gündüz
18-23 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında
oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və
səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin axşam şimal
rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Qərb küləyi
əsəcək, axşam güclənəcək. Havanın
temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz
12-17 dərəcə isti olacağı gözlənilir. Oktyabrın 23-ü
axşamdan 25-i gündüzədək respublikanın rayonlarında qeyri-sabit,
küləkli, yağıntılı hava şəraiti gözlənilir. Yağışlı hava şəraiti,
havanın temperaturunun enməsi yalnız pambığın yetişməsinə, yığımına
və qurudulmasına mənfi təsir edəcək. Ümumiyyətlə, belə hava
payızlıq dənlilərin toxumlarının səpini, onların cücərməsi və
göyərtilərin çıxması üçün əlverişli olacaq.