Əlaqə Arxiv
news Image
2013.10.22
15:44
| A A A
"Böyük Bakının Regional İnkişaf Planı"nın Nazirlər Kabinetinə göndəriləcəyi vaxt açıqlandı-Özəl
"Böyük Bakının Regional İnkişaf Planı" ilin sonunadək Nazirlər kabinetinə təqdim ediləcək. Bu məlumatı Movqe.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev verib. C. Qocayev bildirib ki, 2030-cu ilədək olan dövrü əhatə edəcək "Böyük Bakının Regional İnkişaf Planı"nın nə qədər müddətə təsdiqlənəcəyi barədə qəti fikir bildirmək olmaz: " "Böyük Bakının Regional İnkişaf Planının təsdiqlənməsi üçün müddət bir ilə qədər də vaxt apara bilər. Hər halda təsdiqləndikdən üç ay ərzində Tədbirlər Planı hazırlanacaq. Bundan sonra hansı müddətlərdə, hansı qurumların nə işlər görəcəyi, bəlli olacaq".
Sizin Reklam Yeriniz