Əlaqə Arxiv
news Image
2013.10.22
16:14
| A A A
“Shokki mokki” autizmdən əziyyət çəkən uşaqlara dəstək olacaq
Autizm xəstəliyindən əziyyət çəkən və kəkələyən uşaqların bərpası ilə peşəkar məşğul olan "Ritm" danışma mərkəzi "Shokki mokki" markası ilə birgə "Autizm dünyası - autizmə qalib gəl" adlı konfrans təşkil edib. Movqe.az-ın məlumatına görə, konfransda iştirak edən doktor Nəcib Cem Kınacı xəstəliyin aradan qaldırılması istiqamətində müasir təcrübədən bəhs edib. Qətiyyətlə bildirilib ki, autizm xəstəliyi müalicə olunan xəstəlikdir. "Shokki Mokki" markası ilə "Ritm" danışma mərkəzi əməkdaşlığın genişlənməsi, autizm xəstəliyindən əziyyət çəkən və kəkələmə qüsuru olan uşaqların bərpası üçün əməkdaşlığa qərar veriblər. Daim sosial layihələri ilə yadda qalan "Shokki Mokki" markası, kəkələmə və autizm xəstələrinin bərpasında müsbət nəticələr əldə etmiş "Ritm" danışma mərkəzinin bütün sosial layihələrində birgə olacaq.
Sizin Reklam Yeriniz