Əlaqə Arxiv
news Image
2013.10.22
18:03
| A A A
Aqroparkların yaradılması 2014-cü ildə reallaşa bilər

"Azərbaycanda aqroparkların yaradılması 2014-cü ildə reallaşa bilər". Bu sözləri Movqe.az-a açıqlamasında Kənd Təssərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev söyləyib. S. Vəliyev bildirib ki, elektron kənd təsərrüfatı sisteminin yaradılması üçün hazırlıq işləri aparılır. Bu sistem yaradıldıqdan sonra "Aqro park"ların yaradılması da asan olacaq. S. Vəliyev hazırda bunun üçün beynəlxalq təcrübənin öyrənildiyini söyləyib. S. Vəliyev bildirib ki, aqroparkların  yaradılması üçün "Kooperasiya Haqqında" qanunun qəbulunun da vacibdir.
Qeyd edək ki, aqropark dedikdə kənd təsərrüfatı istehsalının qeyri-kənd təsərrüfatı fəaliyyətləri ilə bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və yaxud həmin fəaliyyətlərin kombinasiyasıdır.

Sizin Reklam Yeriniz