Əlaqə Arxiv
news Image
2013.10.22
18:07
| A A A
Nokia yeni modellərini tanıtdı

Movqe.Az xəbər verir ki, ötən ay Microsoft tərəfindən satın alınan Nokia yeni modelləriylə yeni  uğura hazırlaşır. Birləşmiş Ərəb Əmrliklərinin paytaxtı Abu Dabidə təşkil edilən Nokia World fəaliyyətində, ilk tablet kompüteri daxil olmaqla, cəmi 6 cihaz tanıdılıb. Nokia direktoru Stephen Elopun tanıtdığı ilk telefonlar Nokia Asha 500, Asha 502 və Asha 503 olub. Şirkətin giriş səviyyəli cihaz silsilələrindən biri olan Nokia Asha , şirkətin yeni dizayn izlərini daşıyır. Şəffaf bir qaba sahib olan silsilədəki cihazların sensorlu ekranlarındakı sürüşdürmə xüsusiyyətləri inkişaf etdirilmiş vəziyyətdədir. İstifadəçilərin çəkdiyi fotoşəkillər bircə düymə ilə sosial şəbəkələrdə paylaşıla bilir. Asha 502də 2 megapiksel  kamera var və ABŞ qiyməti 69 dollarlıq etiketlə satışa çıxacaq. Nokia Asha 502 5 megapiksel kameraya malikdir. Asha 503də isə 5 megapiksel kamera var. Asha 503-ün ABŞ qiyməti isə 99 olacaq. Nokianın fəaliyyətdə tanıtdığı başqa cihaz isə Nokia Lumia 1520 olub. Fablet olaraq bilinən seqmentdə iştirak edən cihaz 6 düymlük ekrana sahibdir . Windows Phone 8 əməliyyat sistemiylə çalışan cihazda Full HD ekran var.  Nokia Lumia 1520də 2 GB ram, Qualcomm Snapdragon 800 prosessor və 32 GB-lıq yaddaş var. 20 megapiksellik kameraya sahib olan cihazın ABŞ qiyməti , 749 dollar olacaq və gələn ilin əvvəlində istifadəçilərə təqdim ediləcək. Nokia Lumia 1520 ilə eyni ekran ölçüsündə olan Lumia 1320 isə Nokianın fablet seqmentindəki ikinci ağıllı telefonu olub. 6 düymlük ekran ölçüsünə sahib olan cihazda 5 megapiksellik kamera var. Gələn ilin əvvəlində bazara təqdim ediləcək Lumia 1320-in ABŞ qiyməti 339 dollar olacaq.


Nokia Tablet

Nokia fəaliyyətdə həb kompüter surprizi də edib. Nokia Lumia 2520 adındakı tablet, 10.1 düymlük ekrana malikdir . Cihaz , Windows RT əməliyyat sistemiylə təqdim edilir. Qualcomm Snapdragon 800 prosessorla təqdim Lumia 2520də 2 GB ram və 6.7 megapiksellik arxa kamera var. 2014 başında istifadəçilərə təqdim edilən cihazın ABŞ qiyməti 499 dollar olacaq.

Sizin Reklam Yeriniz