Əlaqə Arxiv
news Image
2013.10.22
18:58
| A A A
Azərbaycanda yol qəzasında ölənlərin sayı 1000 nəfərə 1 nəfər təşkil edir
Kamran Əliyev: "İsveçdə bu rəqəm 260 nəfərdirsə, bizdə 1168 nəfərdi" Azərbaycanda yol qəzalarında ölənlərin sayı hər min nəfərə təxminən 1 nəfər təşkil edir. Bu sözləri Movqe.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev söyləyib. K. Əliyev bildirib ki, artıq ilin sonu ilə müqayisədə Azərbaycanda yol nəqliyyat hadisələri zamanı ölənlərin sayında azalma müşahidə olunur: "Azərbaycandayol nəqliyyat hadisələri zamanı ölənlərin sayının təxminən hər min nəfərə 1 nəfər təşkil etməsi o qədər də ürəkaçan statistika deyil. İsveçdə əhalinin sayı təxminən bizim əhalinin sayı qədərdir. Amma orda ildə 260 nəfər yol qəzaları zamanı dünyasını dəyişir. Bizdə isə ötən il bu rəqəm 1168 nəfər təşkil edib".
Sizin Reklam Yeriniz