Əlaqə Arxiv
news Image
2013.10.23
13:39
| A A A
Zakir Həsənov Müdafiə Nazirliyində təqdim olundu

Yeni müdafiə naziri Zakir Həsənov oktyabrın 23-də Müdafiə Nazirliyinin kollektivinə və ordu rəhbərliyinə təqdim olunub. Movqe.az xəbər verir ki, Müdafiə Nazirliyində keçirilən mərasimdə yeni müdafiə naziri Zakir Həsənov, keçmiş müdafiə naziri Səfər Əbiyev, Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev, qoşun komandanları, korpus komandirləri iştirak ediblər.


Yeni nazir Zakir Həsənovu Müdafiə Nazirliyinin kollektivinə general Vahid Əliyev təqdim edib. O, yeni nazirin təyin olunması haqda prezident İlham Əliyevin sərəncamını oxuyub, Zakir Həsənova uğurlar arzulayıb.


Vahid Əliyev prezident, ali baş komandan İlham Əliyevin adından vəzifədə olduğu müddətdə gördüyü işlərə və vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə Səfər Əbiyevə təşəkkür edib.


Mərasimdə Zakir Həsənov və Səfər Əbiyev çıxış edib. Səfər Əbiyev Zakir Həsənova uğurlar arzulayıb.


Sizin Reklam Yeriniz