Əlaqə Arxiv
news Image
2013.10.23
14:43
| A A A
Allahşükür Paşazadə Rusiya prezidentinə təşəkkür etdi

Rusiyanın prinsipial mövqeyi və atılan diplomatik addımlar, Prezident Vladimir Putunin şəxsi səyləri dünya üçün Suriya məsələsinin siyasi həllində qlobal miqyaslı faciənin baş verməməsinə imkan yaradan real addım oldu


Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB Müsəlmanları Məşvərət Şurasının sədri şeyxülislam hacı Allahşükür Paşazadə Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin yaradılmasının 225-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı deyib.


QMİ sədri bildirib: "Biz müsəlmanlar Vladimir Vladimoroviçə bu sülhməramlı missiyaya görə dərin təşəkkür edirik".


Allahşükür Paşazadə Rus Provaslav Kilsəsi və QMİ arasında dinlərarası əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib: "Mən və Patriarx Kirill bundan sonra da Azərbaycan və Rusiya arasında əməkdaşlığı dərinləşdirmək istəyindəyik. Bu əməkdaşlıq xalqların və dövlətlərin rifahına, həmçinin MDB ölkələrində dinlərarası və millətlərarası sülhün möhkəmləndirilməsinə xidmət edir".


QMİ sədri, həmçinin Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, Rusiyanın baş müftisi Talqat Tacuddini anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edib və vurğulayıb ki, onun bu vəzifəyə seçilməsindən sonra müftiliyin işində köklü dəyişikliklər baş verib.

Sizin Reklam Yeriniz