Əlaqə Arxiv
news Image
2013.10.23
16:59
| A A A
ABŞ-da Zəngilan kampaniyası

Movqe.az AzərTac-a istinadən məlumat verir ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Amerika ictimaiyyətinə 1993-cü ilin oktyabrında Zəngilan rayonunun işğalı barədə məlumat verilməsi üzrə kampaniyaya başlayıb. Bu tədbir çərçivəsində Azərbaycan diasporunun üzvləri qanunvericilərə, ABŞ hökumətindəki rəsmi şəxslərə, kütləvi informasiya vasitələrinə məktublar göndərirlər.


Məlumatda Qarabağın dağlıq və aşağı hissələrindəki rayonların işğalı, Xocalı, Şuşa və Kəlbəcər rayonlarında dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qırğın faktları qeyd olunur, işğal edilmiş rayonlar barədə statistik məlumatlar, qətlə yetirilmiş əhali və Azərbaycan dövlətinə vurulmuş ziyan haqqında rəqəmlər göstərilir. Qeyd olunur ki, Zəngilan Azərbaycanın ən qədim guşələrindən biridir: "Münaqişədən əvvəl orada 35 min adam yaşayırdı. Ümumi ərazisi 700 kvadratmetr olan rayonun mərkəzinin və 83 kəndinin işğalı nəticəsində yüzlərlə adam həlak olub, o cümlədən erməni qoşunlarından canını qurtarmaq üçün Araz çayını keçərkən suda boğulub".


Məktubun müəllifləri BMT Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələrinə və BMT Baş Assambleyasının eyni tələblər irəli sürən A/62/L.42 nömrəli qətnaməsinə Ermənistanın qəti məhəl qoymadığını bildirirlər. USAN kampaniyasının iştirakçıları Amerika hökumətini Ermənistana təzyiqi gücləndirməyə, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrinin icrasını tələb etməyə çağırırlar.


Sizin Reklam Yeriniz