Əlaqə Arxiv
news Image
2013.10.23
17:50
| A A A
Jirinovski:"Orxan Zeynalov Şerbakovu sifarişlə öldürüb və iki il sonra azadlığa çıxacaq"

LDPR sədri: "Orxan Zeynalov Şerbakovu sifarişlə öldürüb və iki il sonra azadlığa çıxacaq"

Region  Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bu gün Dumada çıxışında Biryulevo hadisələrinin qabaqcadan planlaşdırılmış bir aksiya olduğunu deyib. Onun sözlərinə görə, bəzi qruplar Pokrov bazarının sahibindən bu bazarı öz qiymətinin 20 faiz dəyərinə satmasını tələb edibler. 


Pokrov bazarının sahibi isə bu təklifi qəbul etmədiyi üçün Orxan Zeynalov vasitəsiylə bu hadisələr çıxarılıb. Orxan Zeynalovun Yeqor Şerbakovu sifarişlə öldürdüyünü və iki il sonra gizlicə azad ediləcəyini deyən Jirinovski, "Mən bu hadisələri təşkil eləyen üç nəfərin adını bilirəm. Bunları daxili işlər nazirinə indi əlimlə verəcəm. Nəbadə bunların adını indi hamıya deyəsiniz". 


Biryulevo hadisələrinin Rusiyada "Ərəb baharı" senarisi üçün bir məşq olduğunu deyən Jirinovski daha sərt danışıb. 


"Baxın elə dünən Moskvaya bir rus dostunun evine gonaq gələn bir gürcü onun qızını bıçaqlayıb. Niyə heç kim küçələrə çıxıb etiraz etmədi. Biryulevovada isə milliyətçilər bu hadisədən tez xeber tutub avtobuslarla ora getdiler. Bunlar hamısı onu göstərir ki burda her şey əvvəlcəden planlanmışdı", - deyə Jirinovski bildirib. 


Toplantıda iştirak eden Rusiya daxili işler naziri Vladimir Kolokoltseve de təşəkkür edən Jirinovski, "Biryulevo hadisələrində Daxili İşlər Nazirliyinə heç bir iradımız yoxdur. Her şey doğru edildi. Biz hətta Kolokoltsevin bu mövqeyinə görə dövlət nişanı ilə təltif edilməsini təklif edəcəyik" deyib.


Sizin Reklam Yeriniz