Əlaqə Arxiv
news Image
2013.10.23
20:00
| A A A
NATO, Suriyadakı kimyəvi silahların məhvi üçün köməyə hazırdır

Movqe.Az xəbər verir ki, NATO-nun baş katibi Anders Fogh Rasmussen , BMT və Kimyəvi Silahların qadağan edilməsi Təşkilatından tələb gələcəyi təqdirdə Suriyadakı kimyəvi silahların ləğvində öhdələrinə düşəni etməyə hazır olduqlarını söyləyib. Müdafiə nazirlərinin qatıldığı NATO-Rusiya Şurasının ardınca mətbuat konfransı təşkil edən Rasmussen , Suriyada kimyəvi silahların ləğviylə əlaqədar Rus tərəfiylə fikir mübadiləsi etdiklərini, lakin konkret qərar almadıqlarını söyləyib.  Rasmussen , Suriyadakı kimyəvi silahların ləğvində NATO-nun rol almasıyla əlaqədar qərarın açıqlanmasının hələlik tez olduğunu söyləyib. "Suriyada kimyəvi silahların ləğvində NATO və ya NATO-Rusiya Şurasının hər hansı bir öhdəliyiylə əlaqədar bir qiymətləndirmə etmək üçün tezdir. Hələ rəsmi bir tələb almadıq. Amma NATO-Rusiya Şurasının bütün üzvləri , əlbəttə, BMT Baş katibinin lazım olacağı təqdirdə BMT və KSYÖ-yə kömək edilməsi mövzusundakı çağırışını qeyd edib. Bugünki yığıncaqda danışılanlara əsaslanaraq NATO-Rusiya Şurasının bütün üzvlərinin BMT-dən bir tələb gəlməsi halında müsbət cavab vermələrini gözləyirəm. Bu yardımın fərdi ya da kütləvi edilməsi mövzusunda bir fikir söyləmək üçün də hələ tezdir" deyib. 

Sizin Reklam Yeriniz