Əlaqə Arxiv
news Image
2013.10.24
12:08
| A A A
Sosial şəbəkələrdə müəllim-şagird münasibətlərinə qadağa!

Almaniyanın Pheinland-Pfalz əyalətinin rəhbərliyi müəllimlərin "Facebook"dan istifadəsinə qadağa qoyub

Həyat tərzi  Almaniyanın Pheinland-Pfalz əyalətinin rəhbərliyi müəllimlərin Facebook sosial şəbəkəsindən istifadə etməsinə qadağa qoyub. Müəllimlər sosial şəbəkələrdə şagirdləri ilə əlaqə yarada bilməyəcəklər. Almaniyada sosial şəbəkələrin səbəb olduğu problemlərin qarşısını almağa çalışan əyalət rəhbərliyi müəllimlərlə şagirdlərin məktəbdən kənarda əlaqə yaratmasına əngəl olmağa çalışır. 


Təhsil nazirliyi də Facebook-un təhsil modelinə uyğun olmadığını və problemlər yaranmasına səbəb olduğu haqda açıqlama yayıb. Bəzən müəllimlər və şagirdlər sosial şəbəkələrdə əlaqə yaradaraq məktəbdəki problemləri qanunsuz yollarla həll etməyə çalışırlar. Bir çox hallarda müəllimlər şagirdlərdən rüşvət ala bilirlər. Ölkə səviyyəsində də bu qərarın qəbul olunması haqda mübahisələr davam edir. Lakin yekun qərar qəbul edilməyib. Almaniyada sosial şəbəkələrə bağlı problemlər bitib, tükənmir. Məktəblər isə yaranan situasiyalar qarşısında çarəsizdir.


Sizin Reklam Yeriniz