Əlaqə Arxiv
news Image
2013.10.24
12:23
| A A A
Azərbaycan Dövlət Neft Fondunun yeni binası gələn il hazır olacaq

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasının inşası ilə bağlı aparılan tikinti işləri artıq yekunlaşmaq üzrədir.


Ofis binasının hündürlüyü 127 metrdir. Bina 23 mərtəbədən ibarət olacaq. Onun iki mərtəbəsi isə avtomobil dayanacağı kimi nəzərdə tutulub.

 

Dövlət Neft Fondunun inzibati ofis binasını inşa edən "AS Group Investment" Şirkətlər Qrupu Marketinq və inkişaf Departamentinin rəisi Elçin Niyazov "APA-Economics"ə bildirib ki, tikinti işləri Avropada bu tip binaların inşası üzrə ixtisaslaşmış "Besiks Group" şirkəti (Belçika) ilə birgə aparılır.

 

E.Niyazov əlavə edib ki, ARDNF-in yeni inzibati binasının tikinti işlərinin gələn ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulub.

Sizin Reklam Yeriniz