Əlaqə Arxiv
news Image
2013.10.24
12:36
| A A A
Azərbaycanın fəal sürüşmə zonalarının adı açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın fəal sürüşmə zonalarının adları açıqlayıb.


Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib ki, Şamaxı əsas fəal sürüşmə zonasıdır.

 

Onun sözlərinə görə, Abşeron yarımadasının antropogen və texnogen fəaliyyət nəticəsində sürüşmə zonalarının sayı çoxdur və onlar mövsümlə əlaqədar aktivləşir. H.Bağırov qeyd edib ki, hər həftə nazirlik sürüşmə zonalarında vəziyyətlə bağlı bülleten hazırlayır: "Həmin bülletendə sürüşmə zonalarındakı mövcud vəziyyət rayon icra hakimiyyəti başçılarına, Fövqəladə Hallar Nazirliyi və bu sahə ilə məşğul olan digər qurumlara təqdim olunur. Payız mövsümündə yağışlar çox olanda sürüşmə zonalarında vəziyyət aktivləşir. Bu təbii prosesdir. Bunların bir qismi texnogen, antropogen səbəblərlə bağlıdır. Biz hələ də axıra qədər təbiətin qaydalarını nəzərə almaqla işləməyə öyrəşməmişik. Buna görə də problemlərlə üz-üzə qalmalı olacağıq".


Sizin Reklam Yeriniz