Əlaqə Arxiv
news Image
2013.10.24
12:39
| A A A
ARDNŞ: «Bulla-dəniz» yatağındakı yanğın söndürülüb

Xəzər dənizinin Azərbaycan hissəsindəki "Bulla-dəniz" yatağında açıq fontan baş vermiş 90 nömrəli quyu tam nəzarətə alınıb.


Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) "APA-Economics"ə verilən məlumata görə, ARDNŞ və ABŞ-ın "Boots & Coots" servis şirkəti mütəxəssislərinin birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə oktyabrın 23-də "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, eləcə də quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar uğurla başa çatdırılıb və yanğın söndürülüb.

 

Hazırda quyudan atqı xətlərinin quyu monifolduna birləşdirilməsi istiqamətində işlər davam etdirilir.

 

Növbəti mərhələdə baş vermiş qəzanın tam aradan qaldırılması və quyudan çıxan məhsulun sistemə ötürülməsi təmin olunacaq.

 

Xatırladaq ki, avqustun 17-də saat 23:00 radələrində "Bulla-dəniz" yatağında 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, saat 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib.

 

Quyuda qazma işlərinə ötən ilin noyabrın 6-da başlanılıb (dənizin dərinliyi 26,5 metrdir).


Sizin Reklam Yeriniz