Əlaqə Arxiv
news Image
2013.10.24
15:22
| A A A
Moskva şəhər Məhkəməsi Orxan Zeynalovun apellyasiya şikayətini rədd edib

Moskva şəhər Məhkəməsi Moskvada 25 yaşlı Yeqor Şerbakovun qətlində təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində həbs-qətimkan tədbirinin seçilməsi qərarından verilən apellyasiya şikayətini rədd edib.


APA-nın "İTAR-TASS"a istinadən xəbərinə görə, Moskva şəhər Məhkəməsi Rusiya paytaxtının Presnenski rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və "skinhed"lər Qərbi Biryulevo rayonunda yerləşən "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. "Skinhed"lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

 

Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf etsə də, məhkəmə də bu ifadəni təzyiq altında verdiyini bildirib və ittihamları rədd edib.


Sizin Reklam Yeriniz