Əlaqə Arxiv
news Image
2013.10.24
16:10
| A A A
Suriya qaranlığa qərq oldu

Movqe.Az xəbər verir ki, Suriyanın paytaxtı Şamdakı təbii qaz boru xəttinə təşkil edilən hücum səbəbiylə ölkənin böyük hissəsində elektrik enerjisinin kəsilməsi halı baş verib. Suriya rəsmi xəbər agentliyinin məlumatına görə, Energetika naziri İmad Hamis dünən axşam saatlarında etdiyi şərhdə, " cənubdakı bir elektrik stansiyasını təmin edən boru xəttini hədəf alan terror hücumu səbəbiylə" yaşanan problemin aradan qaldırılması üçün aparılan işlərin davam etdiyini bildirib. Bölgədən bildirən AFP müxbiri, stansiyanın yanındakı Şam aerodromun yaxınlarında böyük bir yanğın olduğunu söyləyib. Suriya İnsan Haqqları Rəsədxanası , Şam bölgəsinin yanında şimalda Hələb və ölkənin orta bölgəsindəki Humusda da elektrik enerjisi kəsintiləri yaşandığına dair bildirişlər aldıqlarını açıqlayıb. Rəsədxana direktoru Rami Abdulrahman , "Ehtimalla bu ; yaxşı planlanmış, geniş diametrli bir əməliyyatdır" deyib.

Suriyanın cənubu və Şam vətəndaş müharibəsi müddətində əvvəllər də bir çox dəfə uzun davamlı elektrik enerjisi kəsintilərinə səhnə olmuşdu. Ölkədə müxaliflərin idarəsindəki bölgələrin çoxunda da aylardır elektrik yoxdur .

Sizin Reklam Yeriniz