Əlaqə Arxiv
news Image
2013.10.24
18:56
| A A A
12 illik təhsilə nə vaxt keçəcəyik?

Azərbaycanda 12 illik təhsil sisteminə keçidin baş tutacağı Təhsil Nazirliyi tərəfindən təsdiqlənsə də, hələki bu istiqamətdə hər hansı tədbir görülmür. Təhsil üzrə ekspert,Təhsil Tədqiqatlar Mərkəzinin rəhbəri Əlövsət Sadıqlı  Movqe.az-a açıqlamasında bildirib ki, 12 illik təhsil sisteminə keçid üçün artıq indidən tədbirlər görülməli, ayrıca konsepsiyalar işlənib hazırlanmalıdır: "Əgər gələcəkdə 12 illik təhsil sisteminə keçid nəzərdə tutulubsa buna indidən hazırlıq aparılmalıdır. Ayrıca sənədlər işlənilib hazırlanmalı, proqramlar tərtib edilməlidir".

Ə. Sadıqlı deyir ki, 12 illik təhsil siteminə dərsliklər də uyğunlaşdırılmalıdır: "Əgər gələcəkdə 12 illik təhsil sisteminə keçiriləcəksə, indidən dırsliklərin dərs yükü azaldılmalıdır. Yqni dərsliklər çap edilərkən bu nəzərə alınmalıdır". 

Təhsil Nazirliyindən isə bildirilər ki, 12 illik təhsilə keçidlə bağlı zəruri tədbirlərin həyata keçirilməsi "Azərbaycan - 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulub. Azərbaycanın hazırkı "Təhsil haqqında" Qanununda ümumi təhsilin müddəti 11 il müəyyənləşdirilib: ibtidai təhsil (I-IV siniflər), ümumi orta  təhsil (V-IX siniflər), tam orta təhsil (X-XI siniflər). Azərbaycanda 9 illik  ümumi orta təhsil icbaridir. Təhsil Nazirliyində hesab edirlər ki, 12 illik təhsil sisteminə keçid nəticəsində tədris proqramları nisbətən yüngülləşəcək, şagirdlərin fənlər üzrə  həftəlik təlim yükü azalacaq,  proqramların yüngülləşməsi ilə tədris prosesində psixoloji gərginlik minimuma enəcək və bu amil şagirdlərin sağlamlığına, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək. Eyni zamanda əlavə dərs saatları yaranacaq və bu, müəllimlərin maddi vəziyyətinin yaxşılaşması ilə nəticələnəcək. Hazırda ölkənin ümumtəhsil məktəblərində 150358 nəfər müəllim işləyir ki, onlardan 31 min nəfəri Bakı şəhərinin payına düşür.

Sizin Reklam Yeriniz