Əlaqə Arxiv
news Image
2013.10.25
12:15
| A A A
Bakı-Qazax yolunda dəhşətli qəza

Onlar yolda baş verən qəzada köməksiz qalan sürücüyə yardım ediblər

Yol  Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 296-cı kilometrliyində Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Nissan" markalı minik avtomobili və "Shaqman" markalı yük avtomobili toqquşub. 


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Nissan" markalı minik avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. 


Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxırıb. Əməliyyat saat 07:15-də başa çatıb.


Sizin Reklam Yeriniz