Əlaqə Arxiv
news Image
2013.10.25
13:51
| A A A
Azərbaycan ərazisində yağış yağacaq

Oktyabrın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru az çiskinli olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 8-11 dərəcə, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarına oktyabrın 26-da əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Lənkəran, Astara zonasında intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz