Əlaqə Arxiv
news Image
2013.10.25
13:30
| A A A
Mikayıl Cabbarov: "Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanacaq"

Təhsil naziri Mikayıl Cabbarov ötən gün prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının imzalanmasını təhsil tarixi üçün çox əlamətdar hadisə hesab edir. Movqe.az-ın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, təhsilin inkişafı üçün dövlət strategiyası təhsil üçün mühüm bir sənəddir: "Bu sənəd bizim qarşımızda yeni hədəfləri, təhsil sahəsində indiyə kimi mövcud olan vəziyyətin qiymətləndirilməsini, eyni zamanda Azərbaycan təhsil sisteminin aparıcı dünya standartlarına uyğun qurulması üçün yolları müəyyənləşdirir. Bu sənəd çox əhatəlidir. M.Cabbarov qeyd edib ki, ölkə prezidentinin oktyabrın 24-də imzaladığı sənədin həyata  keçirilməsi üçün fəaliyyət planı hazırlanacaq. Nazirin sözlərinə görə, fəaliyyət planında tədbirlərin icra müddətləri də müəyyənləşəcək.

Sizin Reklam Yeriniz