Əlaqə Arxiv
news Image
2013.10.25
16:15
| A A A
Suriyada enerji böhranı

Suriya dövlət telekanalı paytaxt Şamdakı hava limanı yaxınlarında partlayış törədilməsi səbəbi ilə ölkənin bəzi bölgələrində elektrik enerjisinin kəsildiyini bidirib. Müxalif qüvvələrinin bir qaz kəmərini vurduğu deyilir.Şam şəhəri sakinləri ərazinin bütünlükdə qaranlığa büründüyünü deyərkən,rəsmilər bəyan edir ki,ümumilikdə ölkə ərazisində elektrik kəsintisi yaşanır.

Müxalif qüvvələr hava limanı yaxınlığında çox böyük bir yanğının göründüyünü bildirib.Suriyada daxili müharibələrin başlanmasından dəfələrlə iri həcmdə elektrik enerjisin kəsilməsi müşahidə olunur. Dövlət xəbər agentliyi SƏNA Suriya enerji naziri İmad Xamisin hadisə ilə bağlı açıqlamasını yayımlayıb "Ölkənin cənubundakı bir enerji stansiyasını təmin edən qaz kəmərini hədəf alan terror reallaşdırılıb, bu ölkə ərazisində enerjinin kəsilməsinə səbəb olub və bununla əlqədar təmir işləri davam etdirilir". O bildirib ki təchizatın bütünlüklə bərpası 48 saat ala bilər.

Suriya Enerji Nazirliyi İmad Xəmis isə əvvələrdə bu barədə açıqlama verərkən bildirmişdi ki,"Ölkənin müxtəlif məntəqələrində elektrik cərəyanın kəsilməsi ilə əlaqədar büdcəyə 2,2 milyard dollar həcmində xəsarət dəyib". Hal-hazırda Qərb ölkələri, Suriyanın elektrik sənayesində investisiya yatırmadıqları üçün, ölkədə elektrik sahəsində yeni layhələrin icrası dayandırılıb.



Sizin Reklam Yeriniz