Əlaqə Arxiv
news Image
2013.10.25
17:23
| A A A
İqtisadi və Sosial İnkişaf Mərkəzi daxili iqtisadiyyatda sektorların rəqabət qabiliyyətliliyini dəyərləndirdi

İqtisadi və Sosial İnkişaf Mərkəzi Fridrix Ebert Stiftanq fondunun maliyyə dəstəyi ilə daxili iqtisadiyyatda sektorların rəqabət qabiliyyətliliyini ölçmək və həmin sahələr üzrə tətbiq olunmuş iqtisadi siyasətləri dəyərləndirmək məqsədilə tədqiqat aparmışdır. Bu tədqiqat nəticəsində əldə olunmuş modelin hansı sahələri prioritet olaraq ələ aldığı müəyyənləşdirilmişdir. Bu zaman iqtisadiyyatın diversifikasiyası problemi ortaya çıxır ki, aparılmış iqtisadi təhlil qeyd olunan problemin analiz nəticəsində həllini də özündə əks etdirməkdədir. Bu zaman maliyyə və pul siyasətinin qeyd olunan sektorların Ümum Daxili Məhsulda yaratdıqları dəyərləri nəzərə alınaraq təhlil edilmişdir. Bu tədqiqat zamanı eləcə də iqtisadiyyatın aparıcı sahələrinin ekspertləri ilə görüşlər keçirilmiş, onların rəyləri də diqqətlə nəzərə alınmışdır. Əldə olunmuş nəticələrə əsaslanaraq söyləmək mümkündür ki, nəqliyyat sektoruna tətbiq edilmiş iqtisadi siyasət uğurlu olmuş və bu sahənin Ümum Daxili Məhsulda pay artımına nail olunmuşdur. Eyni zamanda enerji senayesindən ferqli olaraq istehsal sənayesi də iqtisadi siyasetin uğurlu olduğu sahələrdəndir. Enerji sənayesinə tətbiq olunan vergilər, bu sahənin inkişafına nisbətən mənfi təsir göstərməkdir. Ən prioritet sahələrdən olan İnformasiya və Kommunikasiya Texnologiyaları sektoru hal-hazırda dövlətin iqtisadi siyasətindən ciddi şəkildə asılı vəziyyətdədir. Son illər bu sahəyə diqqətin artırılmsı sevindirici nəticələrin əldə olunmasına gətirmişdir. Bu sahəyə edilən vergi güzəştləri ve büdcə ayırmaları sahənin inkişafına əhəmiyyətli təsir göstərməkdədir. Azərbaycanda bank sektoru stabillliyini qorumaqdadır ki, bu da davamlı iqtisadi inkişafın təmin edilməsinin ən əsas amillərindəndir. Sadəcə qeyd etmək lazımdır ki, orta və kiçik sahibkarlığın daha da stimullaşdırılması üçün bank faizlərinin azaldılması arzu olunandır. Eyni zamanda da yenidən maliyyələşdirilmə dərəcələri də həmin sahənin Ümum Daxili Məhsulda payının nisbətinə güclü təsir etdiyindən, tətbiq olunan faiz dərəcələrinin daha da aşağı salınması öz müsbət təsirini göstərəcəkdir. Son olaraq kənd təsarrüfatında isə subisidiyaların ayrılma metodlarına yenidən baxılması arzu ediləndir. Tədqiq olunan modelin nəticəsi olaraq Ölkəmizdə hal hazırda Nəqliyyat, Enerji, İKT sahələri daha rəqabət qabiliyyətli sektorlar olaraq özünü göstərməkdədir.

Tədqiq edilmiş sahənin geniş ictimaiyyətə təqdim edilməsi üçün İqtisadi və Sosial İnkişaf Mərkəzi Fridrix Ebert Stiftanq fondu ile birgə 24 oktyabr, 2013-cü il tarixində Hilton hotelde beynəlxalq konfrans təşkil etmişdir. Konfransın açılış mərasimində təşkilatçılar olan İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Vüqar Bayramov və Fridrix Ebert Stiftanq fondunun Cənubi Qafqaz Regional Bürosunun direktoru Julis Blasius, o cümlədən qonaq qismində Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Akademik Ziyad Səmədzadə, Almaniyanın Azərbaycandakı səfiri Heidrun Tempel və digərləri açılış nitqləri ilə çıxış etmişlər. O cümlədən konfransda dövlət nümayəndələri, yerli və xarici ekspertlərin çıxışları olmuşdur. Konfransda Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Turizm Nazirliyinin nümayəndələri konfransda çıxış ediblər. Konfransda 70-dən çox dövlət nümayəndələri, beynəlxalq təşkilatlardan olan nümayəndələr iştirak etmişlər.

Sizin Reklam Yeriniz