Əlaqə Arxiv
news Image
2013.10.25
17:52
| A A A
KİVDF jurnalistlər üçün yeni müsabiqə elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şura­sı­nın yeni jurnalist müsabiqəsi elan edib. Fonddan Movqe.az-a verilən məlumata görə, bu gün KİVDF-nin Müşahidə Şurasının növbəti iclası ke­çi­rilib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq bildirib ki, iclasda iki məsələnin - "31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi" üzrə mövzuların müəyyənləşdirilməsi və cari məsələlərin müzakirəsi nəzərdə tutulub. Gündəlikdə dayanan birinci məsələ barədə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, ,"31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi" üzrə 45 əsas, 15 həvəsləndirici mükafat verilməsi nəzərdə tutulub. Bunu nəzərə alaraq icraçı direktor, Konsepsiya üzrə 15 istiqamətdə 45 mövzunun müəyyənləşdirilməsini təklif etdi. Vüqar Səfərli öncədən müsabiqə mövzularının müəyyənləşdirilməsi üçün Müşahidə Şurasının üzvlərinə və redaksiyalara təkliflərini təqdim etmək üçün müraciət olunduğunu bildirdi. Əldə edilmiş təklif və rəylər Müşahidə Şurasının üzvlərinə təqdim edildi. Bundan sonra müzakirəyə başlayan Müşahidə Şurasının üzvləri "31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi" üçün 15 istiqamət üzrə 45 mövzu müəyyənləşdiriblər.İclas iştirakçıları cari məsələlərin müzakirəsi zamanı, müsabiqə şərtləri barədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar fikir və mövqelərini bildirdilər. Qərara alınıb ki, Müsabiqə müddəti ərzində telekanallarda və müxtəlif KİV-lərdə maarifləndirmə işləri aparılsın. 

Müsabiqənin şərtləri və istiqamətləri ilə bağlı aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://kivdf.gov.az/news/198/Az%C9%99rbaycan+Respublikas%C4%B1n%C4%B1n+Prezidenti+yan%C4%B1nda+K%C3%BCtl%C9%99vi+%C4%B0nformasiya+Vasit%C9%99l%C9%99rinin+%C4%B0nki%C5%9Faf%C4%B1na+D%C3%B6vl%C9%99t+D%C9%99st%C9%99yi+Fondunun+31+dekabr+D%C3%BCnya+Az%C9%99rbaycanl%C4%B1lar%C4%B1n+H%C9%99mr%C9%99ylik+G%C3%BCn%C3%BC+v%C9%99+Yeni+il+m%C3%BCnasib%C9%99ti+il%C9%99+ke%C3%A7iril%C9%99c%C9%99k+f%C9%99rdi+jurnalist+yaz%C4%B1lar%C4%B1n%C4%B1n+m%C3%BCsabiq%C9%99sinin+ELANI/

Sizin Reklam Yeriniz