Saatlar 1 saat geri çəkildi
Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu gün,
oktyabrın 27-də, saat 05:00-da ölkə ərazisində saatlar 1 saat geri
çəkilməklə yay vaxtı ləğv edildi. Bu barədə
Movqe.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsindən məlumat verilib.Qeyd edək ki, Nazirlər
Kabinetinin yay vaxtının tətbiq edilməsi haqqında 1997-ci il 17
mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü
əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər
il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri
çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə
nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi həyata keçirir.