Əlaqə Arxiv
news Image
2013.10.28
11:35
| A A A
Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların sonuncu qrupu geri dönüb

Bu gün Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu geri dönüb.


Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, sonuncu zəvvar qrupunu gətirən təyyarə reysi Bakı vaxtı ilə səhər saat 09:00-da Heydər Əliyev adına Hava Limanında yerə enib.

 

QMİ-dən bildirilib ki, bununla da Azərbaycanda Həcc ziyarəti mövsümü uğurla başa çatıb və gedən zəvvarların hamısı sağ-salamat geri dönüblər. Zəvvarların səhhətində heç bir problem qeydə alınmayıb.

 

Qeyd edək ki, bu il Azərbaycandan Həzz ziyarətində 3700 zəvvar iştirak edib. Onların geri dönüşü oktyabrın 22-dən başlayıb. 


Sizin Reklam Yeriniz