Əlaqə Arxiv
news Image
2013.10.28
12:56
| A A A
Moskva polisi “Sadovod” ticarət mərkəzində əməliyyat keçirir

Rusiya paytaxtındakı "Sadovod" ticarət mərkəzinin ərazisində polis əməliyyatı başlayıb.


"RİA Novosti"nin yaydığı məlumata görə, yerli vaxtla saat 11.30-da hüquq-mühafizə orqanlarının əməkdaşları "Sadovod" ticarət mərkəzinə gələrək orada çalışan insanların sənədlərini yoxlamağa başlayıblar. Sənədlərində çatışmazlıq olanlar əlavə yoxlamalar üçün avtobuslara əyləşdirilərək aparılır. Polis miqrantların qanuni əsaslarla çalışıb-çalışmadığını araşdırır və onların təqdim etdiyi sənədləri öz məlumat bazası vasitəsilə dəqiqləşdirir.

 

Polis ticarət mərkəzinə daxil olduqdan sonra bəzi insanlar oranı tərik etməyə başlayıb.   

 

Qeyd edək ki, əməliyyat Moskva bazarlarının dekriminallaşdırılması çərçivəsində həyata keçirilir. 


Sizin Reklam Yeriniz