Əlaqə Arxiv
news Image
2013.10.28
13:24
| A A A
Gülər Əhmədovanın halı pisləşdi, məhkəmə təxirə salındı-YENİLƏNİB

Bu gün saat 11:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun rəhbərliyi ilə sabiq deputat Gülər Əhmədovanın məhkəmə prosesinə başlanılıb. Movqe.az-ın məhkəmə prosesində iştirak edən əməkdaşının verdiyi məlumata görə, məhkəmə sədri Ə. Osmanov bildirib ki, əgər zalda şahid kimi istintaqa ifadə verən Şəbnəm Əhmədova, Adilə Əlihüseynova, Rüxsarə Axundova, Əhməd Şahidov, Fikrət Əhmədov, Tavat Şirinova və adını çəkdiyi digər şəxslər varsa, məhkəmə zalını tərk etsinlər. Adı çəkilən şahidlərdən cəmi bir neçəsi zalda olduğundan, onlar məhkəmə zalını tərk etdikdən sonra məhkəmə öz işinə başladı. Hər KİV-dən yalnız bir nəfər məhkəmə zalına buraxılıbdır. Məhkəməyə əvvəlcə müttəhimin qohumları, sonra isə KİV nümayəndələri buraxılıb. Məhkəmə Hakim Əlisultan Osmanovun rəhbərliyi ilə davam edib. Prokuror ittiham aktının oxuduqdan sonra Gülər Əhmədova öz çıxışına başlayıb. O, ilk öncə danışığına KİV-də gedən materiallara narazılığının bildiriməklə başlayıb. G. Əhmədova deyib ki, "bəzi jurnalistər mənim keçmiş zaman formasında dediyim sözləri indiki zaman formasında yazırlar. Amma, mən yenə də onları öz vicdanlarına buraxıram. Mənim sözlərimi milçəkdən fil səviyyəsinə qaldırırlar".

Gülər Əhmədova məhkəmədən üzr istədikdən sonra bildirdi ki, "Məni bağışlayın. Əgər, səsimin tonunu qaldırsam, kimləsə yüksək səslə danışsam, məni anlayışla qarşılayın. Çünki, 3 gündür ki, dərman qəbul etmirəm. Bu dərmanlar mənə yuxu gətirir. Bu dərmanları qəbul etmirəm ki, məhkəmədə fikirlərimi ifadə edə bilim".

G. Əhmədova sərbəst ifadə verərək Sevinc Babayevanı, Elşad Abdullayevi tanımasından danışıb: " Xahiş edirəm Sevinci mənim rəfiqəm kimi təqdim etməyin. O mənim rəfiqəm olsaydı mən onun atasının dəfnində iştirak edərdim. Sevinc Elşadın ailəvi dostu olub. Həm də çox yaxın, münasibətləri olan dostu. Sevinc mənə Elşad Abdullayevin qanunsuz əməllərindən zərərçəkmiş kimi müraciət edib. Mənə deyirdi ki, tələbələrdən, onların valideynlərindən külli miqdarda pul alıb vermişəm Elşad Abdullayevə, o pulları Elşadın mənə qaytarmasına kömək elə. Mən də ona kömək etmək məqsədi ilə Elşad Abdullayevlə görüşmüşəm. Qeyd edim ki, Elşadla söhbətim 4 minə yaxın tələbədən alıb mənimsədiyi pulların geri qaytarılması ilə bağlı olub. O video tamamilə montajdır. Ekspertin rəylərində də var ki, video görüntüdə çoxsaylı pozuntular var. Elşadı da tədbirlərdə tanımışam. Məni hörmətli məhkəmə, Elşada tay etməyin. Belə bir əhvalat danışım sizə. Məsəli hər birimizdən uzaq olsun. Bir gün biri dəvəsinə ona etdiyi əziyyətlərə görə peşiman olur və dəvədən bağışlanmasını rica edir. Dəvə dil açıb sahibinə deyir ki, səni mıni günlərlə ac-sussuz qoyduğuna, belimə ağı yük yüklədiyinə, üstəlik özünün də məni minməsinə görə etdiklərinin hər birinni bağışlayıram. Sənin bir əməlini bağışlamıram. Bir dəfə mənim quyruğumu dəvənin quyruğuna bağışlamağı. İndi məsəli bizdən uzaq məni Elşada tay etməyin. Bizim onunla heç bir isti münasibətlərimiz olmayıb. Mənim onu deputat seçdirmək adı ilə ondan pul almağım barədə Elşadın hazırladığı video ağ yalandır. Mən Elışadla görüşməyə ona görə razı olmuşam ki, Sevinc Babayevaya onun Elşada verdiyi pullarını geri almaqda yardmımın qarşılığında mənə səs toplamaqda, mənim deputat sçkilərində səs yığmama kömək edəcəkdi. Həmçinin məni Elşadla görüşməyə seçiciləriin şikyəti də vadar edirdi. Mən istəyirdim ki, Elşad vətəndaşlardan alıb mənimsəiyi pulları onların özlərinə qaytarsın. Amma anladım ki, Sevincin məni Elşadla görüşdürməkdə vasitəçilik etməsinin səbəbi əslində bir video teatr qurmaq imiş. Mən əlimdən gələn qədər yaxşılıq etmişəm. Kimsəsiz uşaqlara dayaq durmuşam. Hüququ pozulan qadınlara kömək etmişəm. Sevinci də o qadınlardan biri kimi görürdüm. Mən qeyd edirəm ki, heç vaxt tutduğum qulluq mənim üçün rüşvət verib-almaq üçün əsas olmayıb. Gizli videoçəkiliş sübut sayıla bilməz. Amma Elşad Abdullayev məhkəmə qərarı və aidiyyatı qurumların icazəsi olmadan çəkiliş aparıb. Mən özümü qətiyyən təqsirli bilmirəm. Bunu dönə-dönə təkrar edirəm. Bu, Elşadla Sevincin quramasıdır. Elşad Abdullayev də, onun vəkili Adil İsmayılıov da yalançıdır. Adil ismayılov deyir ki, Gülər Əhmədova ilə bağlı əllərinə 5 saatlıq video var. Həmin videonun guya saat yarımını yayıblar. Həmin saat yarımlıq videonun yarım saatı mənə aid olub. Həmin hissədə də Sevinc Babayeva danışıb. Mən Sevinc Babayevanın vəfat etməsinə təəssüf hissi keçirirəm. Çünki Sevinc Babayeva sağ qalsaydı, burada çox şey danıaşrdı. Elşad Abdullayev bu çəkilişləri gizli aparıb. Konstitusiyanın 32-ci maddəsinin tələbi ilə gizli çəkilişlər qadağan olunub".

Proses nahar olduğundan fasilə verildi. Nahardan sonra sabiq millət vəkili çıxışını davam etdirib. "Sevinc Babayevanın oğlu Ayxan məhkəməyə bir cür, mətbuata ayrı cür müsahibə verib. Sevinc Babayevanın Türkiyədə sərbəst yaşayıb. Ona Məryəm Solmaz adını mən verməmişəm, nə də pasport almamışam. İstintaq Elşad Abdullayevlə əlaqə yaratdığı kimi, Sevinc Babayeva ilə də əlaqə yarada bilərdi. Sevinc Türkiyədə salona gedib, mağazaları gəzib. Onun hansı məkanları gəzdiyi hansı mallar aldığının siyahısı da var. Onun oğlu Ayxan Məmmədov özünü məlumatlı adam kimi göstərməyə cəhd edir, barəmdə yalanlarla dolu müsahibələr verir. Bununla bağlı vəkilim istintaq orqanına vəsatət verib ki, onun əməlinə hüququ qiymət verilsin və barəsində tədbir görülsün. Bizim vəsatət təmin olunub. Lakin hüquqi qiymət verilməyib. Həmin qərar bu günə kimi icra olunmayıb. Mən Sevinc Babayevaya Allah xatirinə kömək etmişəm, bütün bunlar mənim ağlıma gəlməzdi ki, iş bu yerə gəlib çıxacaq.  Mən də tələb etdim ki, gedib prokurorluqda ifadə versin. Lakin dedi ki, xəstədir, ifadə verə bilməyəcək, Türkiyəyə müalicə üçün gedəcək. Sevinc Türkiyəyə gedəndə mənə iki mesaj yazıb, bütün günahlarını etiraf edib. Sevincin bu işdə əsas şahid olduğunu bildiyim üçün hara getdiyini öyrəndim.. Əgər mən Sevincə pislik etsəydim, o Əvəz Zeynallının məhkəməsində gəlib özünü şəhid etməzdi".

İfadəsində G. Əhmədova seçicilərinə, şəhid ailələrinə, ona və ailəsinə mənəvi dəstək verən şəxslərə təşəkkür edib. O, həmçinin məhkəmədə E. Abdullayevə müraciət edib: "On aydır ki, həbsdəyəm, arxamda da heç kim yoxdur. Gəl və gözlərimin içinə bax. "Quran"a əl bas ki, mənə pul vermisən. Mən sənə qarşı heç vaxt jarqondan, tərbiyəsiz sözlərdən istifadə etməmişəm. Düşmənçiliyi kişi kimi elə. Çox qəzəbli vaxtlarım olub, lakin Sevinc Babayevanı əfv etmişəm. Yalandan şər-böhtan atma. Bir daha deyirəm ki, mənim əlimdə heç bir bilgi yoxdur, olmayıb da. Məni tez-tez şantaj edib demə ki, əlində nə video varsa yay. Mənim əlimdə video var. Seçicilərimlə görüşlərim, tədbirlərdə çıxışlarım. Mən onun kimi nədənsə ehtiyat etmirdim ki, ölkədən qaçmağa hazırlaşmırdım ki, video çəkib hazırlayaydım".

İfadəsinin sonunda isə G. Əhmədova bunları deyib: "Yekunda bildirirəm ki, ittiham əsassızdır. Mən cinayət törətməmişəm. Xahiş edirəm mənə bəraət verin".

Hakim ifadəsini başa çatdıran Gülər Əhmədovaya proses iştirakçılarının suallarına cavab verməyi təklif edib.

Lakin G. Əhmədova özünü yaxşı hiss etmədiyini, məhkəmənin təxirə salınmasını xahiş edib. Onun xahişi nəzərə alınıb və proses oktyabrın 31-nə 10:30-a təxirə salınıb.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.





Sizin Reklam Yeriniz