Əlaqə Arxiv
news Image
2013.10.29
11:37
| A A A
Elşad Abdullayevin keçmiş mühafizəçisinin cəsədi tapıldı – FOTO

Qədimov qeyri-təbii ölümlə dünyasını dəyişib.


Oktyabrın 23-də şəxsi Mercedes markalı avotmobilində dünyasını dəyişmiş 1976-cı il təvəllüdlü Ramin Qədimov bir vaxtlar Azərbaycan DİN-nin İdarədənkənar mühafizə idarəsinin keçmiş əməkdaşı və hazırda ləğv olunmuş, indi axtarışda olan Elşad Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Universitetinin (ABU) mühafizəçisi olub.

Bu barədə Vesti.Az-a Bakının Sabunçu rayon Polis İdarəsindən bildiriblər.


Qeyd edək ki, Ermənistandan olan R.Qədimov ötən cümə gecəsi Ramana qəsəbəsində aşkarlanıb. Kişini şəxsi avtomobilinin arxa oturacağında görüblər. Qədimovun bədənində zorakılıq əlamətləri olmayıb.


Lakin sonradan məlum olub ki, Qədimov qeyri-təbii ölümlə dünyasını dəyişib.


Araşdırma zamanı müəyyənləşdirilib ki, Qədimov DİN-dən işində yol verdiyi səhvlərə görə qovulub. Son vaxtlar o, Nərimanov rayonunda "İman" klinikasında mühafizəçi işləyirmiş.


Bu arada məlum olub ki, kriminalistika şöbəsinin əməkdaşları hadisə yerindən istifadə olunmuş şpris tapıblar. Güman olunur ki, Qədimov özünə narkotik maddə, böyük ehtimalla heroin vurub.


Doza həddinin aşılması nəticəsində ürək dayanıb. Hələlik məhkəmə-tibb ekspertizasının rəyi açıqlanmasa da, bildirilir ki, Qədimovun bədənində bir neçə iynə yeri olub. Güman olunur ki, Qədimov təzəlikcə narkotik maddə aludəçisinə çevrilibmiş.


Bundan başqa, ölümündən bir az əvvəl Qədimov spirtli içki içib. Kişi özünü pis hiss edərkən sükan arxasında əyləşibmiş. O, maşını saxlayaraq arxa oturacağa keçib və elə orada dünyasını dəyişib.


Faktla bağlı araşdırma davam edir.

Sizin Reklam Yeriniz