Əlaqə Arxiv
news Image
2013.10.29
19:30
| A A A
Azərbaycan son on ildə 264 döyüş tankı alıb

BMT-nin Adi Silahlar Registrində son on ildə Azərbaycanın Belarus, Ukrayna, Rusiya və Slovakiyadan tanklar aldığı göstərilib

Azərbaycan  Azərbaycan son 10 ildə 264 tank alıb. Movqe.az-ın APA-ya isitanəd verdiyi xəbərə görə, BMT-nin Adi Silahlar Registrində son on ildə Azərbaycanın Belarus, Ukrayna, Rusiya və Slovakiyadan tanklar aldığı göstərilib.


2013-cü ildə Rusiyanın Azərbaycana satışını reallaşdırdığı T-90S tankları isə hesabatda yer almayıb. Məlumatlara görə, Azərbaycan Rusiyaya 100 ədəd T-90S tankı sifariş verib.


Registrdə qeyd olunan məlumatlara görə, Azərbaycan 2002-2012-ci illərdə Belarusdan 153, Rusiyadan 62, Ukraynadan 48, Slovakiyadan isə 1 ədəd döyüş tankı əldə edib.Bunların əsas qismi T-72 markalı döyüş tankları olub. 


Sizin Reklam Yeriniz