Əlaqə Arxiv
news Image
2013.10.29
16:40
| A A A
Azərbaycanda çoxuşaqlı ailələrin sayı arta bilər
Elgün Səfərov: "Təbii ki, dövlətin çoxuşaqlı ailələrə bu dəstəyi stimul rolunu da oynayacaq"

Milli Məclis çoxuşaqlı ailələrə müavinətlər verilməsini təsdiqləyib. Milli Məclisdə bu gün keçirilən iclasda bununla bağlı "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik edilib. Parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qanun layihəsini təqdim edərək bildirib ki, qanuna çoxuşaqlı ailələrə müavinətlərin verilməsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi daxil olub. Yeni əlavə və dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət veriləcək. Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara veriləcək. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq. 

Qeyd edək ki, çoxuşaqlı ailələrə dövlət tərəfindən sosial dəstəyin göstərilməsini sovet dövrünün ənənəsi də saymaq olar. O vaxtlar çoxuşaqlı analara "Qəhrəman ana" statusu verilirdi ki, bu ailələlər dövlət tərəfindən həmin dövrün ən bahalı və dəbdə olan maşınlarından ola "QAZ 24" hədiyyə olunurdu.

Hətta həmin dövrdə dövlət tərəfindən çoxuşaqlı ailələrə edilən bu yardım ailələrə çox uşaq dünyaya gətirməkdə stimul da verirdi. Ekspertlərin qənaətinə görə, qanuna edilən dəyişiklik yenə də Azərbaycanda çoxuşaqlı ailələrin sayını artıra bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün 

Səfərov Movqe.az-a verdiyi açıqlamasında bildirib ki, qanuna bu dəyişiklik sosial layihədir. Amma E. Səfərov deyir ki, çoxuşaqlı ailələrə sosial müavinətlərin verilməsi Azərbaycanda ailədə sayca 5-dən çox olan uşaqların sayını artıracağını istisna etmir: "Bu Azərbaycan üçün demoqrafik problem yaratmayacaq. Dövlətin məqsədi çoxuşaqlı ailələrin sosial problemlərini yüngülləşdirmək, onlara dəstək verməkdir. Bu dəstək təkcə müavinətlərin ayrılması ilə yekunlaşmır. Çoxuşaqlı ailələrdəki uşaqların yaşayış şəraitinin yaxşılaşdırılması üçün və onların asudə vaxtının təşkili ilə də bağlı bir sıra tədbirlər nəzərdə tutulur. Ona görə də təbii ki, dövlətin çoxuşaqlı ailələrə bu dəstəyi stimul rolunu da oynayacaq. Gözlənilir ki, gələcəkdə çox uşaqlı ailələrin sayı artısın".


Sizin Reklam Yeriniz