Əlaqə Arxiv
news Image
2013.10.30
10:10
| A A A
Suriyanın şimalında tərkibində zəhərləyici maddələr olan mərmi partladılıb

Oktyabrın 29-da silahlılar Suriyanın şimalında tərkibində zəhərləyici maddələr olan mərmidən istifadə ediblər.


APA-nın "İTAR TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Əl Mayədin" telekanalına kürd hərbi mənbə bildirib.  

Mənbənin məlumatına görə, mərmi Türkiyə ilə həmsərhəd Ras əl Ayn şəhərində, kürd özünümüdafiə qüvvələrinin blokpostu yaxınlığında partladılıb. "Bir neçə könüllülərdə ürəkbulanma və qusma ilə müşayiət olunan güclü intoksikasiyanın əlamətləri müşahidə olunur. Onun sözlərinə görə, partlayışdan sonra ətrafa sarı rəngli tüstü yayılıb.   

 

Qeyd edək ki, Ras əl Ayn şəhərində artıq 2 gündür qızğın döyüşlər davam edir. Kürdlər "Cəbhə ən Nüsrə" və "İraq və Levantada İslam Dövləti" ekstremist qruplaşmalarının dəstələrinin hücumlarını dəf edə bilib. Məlumata görə, 28 silahlı məhv edilib.  


Sizin Reklam Yeriniz