Əlaqə Arxiv
news Image
2013.10.30
10:30
| A A A
Bu gün hava yağmursuz olacaq

Oktyabrın 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat 

Movqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji Proqnozlar Bürosunun rəsmi saytına istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. 

Temperaturun gecə 8-11°, gündüz 18-23° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

 

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. 

Temperaturun gecə 2-7° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 17-22° isti olacağı gözlənilir.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 1-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 6-11°, gündüz 17-22° isti olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında

hava, əsasən, yağmursuz keçəcək, arabir duman olacaq. 

Temperaturun gecə 4-9°, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, arabir duman olacaq.

Temperaturun gecə 6-11°, gündüz 17-22° isti olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər dağlarda duman olacaq.

Temperaturun gecə 8-12°, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz