Əlaqə Arxiv
news Image
2013.10.30
10:56
| A A A
Məhkəmə “Azadlıq” qəzetini cərimələdi

Yasamal Rayon Məhkəməsinin bu qərarı məhkəmə qərarlarının icrası şöbəsinin şikayəti əsasında çıxarılıb

"Azadlıq" qəzeti daha bir məhkəmə qərarı ilə 3 min manat cərimələnib. Movqe.az-ın məlumatına görə, bu barədə "azadlıq.info" məlumat verib. Yasamal Rayon Məhkəməsində çıxarılan bu qərar məhkəmə qərarlarının icrası şöbəsinin şikayəti əsasında çıxarılıb.


Məhkəmə qərarlarının icrası şöbəsi qəzetin "Binə" Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası əsasında çıxarılmış qərarı yerinə yetirməməsindən şikayət edib. Həmin qərarla "Azadlıq"a 32 min manat cərimə kəsilib. Bu məbləğin ödənilməsi üçün qəzetə 10 gün vaxt verilmişdi. 


"Azadlıq" qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyevin bildirdiyinə görə, qərardan apellyasiya şikayəti veriləcək.

Sizin Reklam Yeriniz