Əlaqə Arxiv
news Image
2013.10.30
11:09
| A A A
Türkiyədə 13 yaşlı azərbaycanlı qızı zorladılar

Movqe.az Anspress-ə istinadən yazır ki, Türkiyədə 63 yaşlı ögey ata 13 yaşlı qızını zorlayıb. Yerli mətbuatın xəbərinə görə, hadisə İqdır vilayətinin Melekli bölgəsində baş verib.


Məlumata görə, 63 yaşlı su satıcısı Dursun K. Azərbaycan əsilli həyat yoldaşı A.T.-nin ilk ərindən olan 13 yaşlı qızı G.T.-ni zorlayıb. Azyaşlı başına gələnləri anasına danışıb. Ana isə şikayət ərizəsi ilə polisə müraciət edib. 


Dərhal Dursun K. barədə təhqiqata başlayan hüquq-mühafizə orqanları onu həbs ediblər. 


İddiaları qəbul etməyən Dursun K. isə ona tələ qurulduğunu bildirib. 


Faktla bağlı araşdırmalar davam edir. 


Sizin Reklam Yeriniz