Əlaqə Arxiv
news Image
2013.10.30
13:40
| A A A
Deputatdan ana və uşaq ölümü ilə bağlı kəskin açıqlama-Eksklüziv
Musa Quliyev: "Çox təəssüf ki, Azərbaycanda ən çox savadsız həkimlər mama-ginekologiya sahəsində çalışır”

"Azərbaycanda ana və uşaq ölümü hallarının qarşısını almaq üçün qadın məsləhətxanalarının səviyyəsi artırılmalıdır. Çox təəssüf ki, Azərbaycanda ən çox savadsız həkimlər mama-ginekologiya sahəsində çalışır".

Bu sözləri Movqe.az-a açılamasında millət vəkili, Milli Məclisin Sosial Siyasət  Komitəsinin sədr müavini Musa Quliyev bildirib. Millət vəkili bildirib ki, son günlər həm mətbuatda, həmçinin də sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilən ana və uşaq ölümləri ilə bağlı ekspert rəyi olmadan tənqidi fikir söyləmək, sensayiya ilə birmənalı şəkildə həkimləri günahkar görmək peşəkarlıqdan uzaqddır. Onun sözlərinə görə, ölkədə baş verən hər bir ana və uşaq ölümü faktları Səhiyyə Nazirliyi tərəfindən araşdırılır.  M. Quliyev deyib ki,  ana və uşaq ölümü hadisəsinə sıradan bir ölüm hadisəsi kimi baxmaq olmaz: "Bu hadisənin baş verəcəyini əvvəlcədən müəyyən etməklə ana ölümünün qarşısını almaq mümkündür. Mən çox təəssüf edirəm ki, bəzən ana və uşaq ölümündə bütün günah həkimin üzərinə atılır. Axı elə ana olmağa hazırlaşan qadınlar var ki, qadın məsləhətxanalarının qapısını hamiləlik dövrlərində bir dəfə olsun açmırlar. Nəzərə almırlar ki, onların uşaq dünyaya gətirməsi ilə bağlı son qərarı həkim verməlidir. Elə qadınlar var ki, onların ürəklərində olan qüsura və digər xəstəliklərinə görə, uşaq doğmaq qətiyyən olmaz. Amma vaxtında həkimə getmədiklərindən bəzən belə qadınlar hamilə qalır və uşaq dünyaya gətirirlər. Belələri bəzən hamiləliklərini başa çatdıra bilmir, bəziləri isə uşağı dünyaya gətirərkən özləri bu dünyadan köçürlər. Bu məsələdə ailə də məsuliyyətli olmalı, qadın hamilə qalmazdan öncə müayinələrdən keçirilməli, hamilə olduqdan sonra isə hamiləliyin təqib proqramına uyğun həkim yoxlamasından, labarotor müayinələrdən keçməlidir. Həftədə bir dəfə təyziqi yoxlanılmalıdır. Amma təəssüf edirəm ki, yüksək təyziqi olan qadınlar həkim nəzarətində olmadan uşaq dünyaya gətirmək iddiasına düşürlər. Belələrində doğuş zamanı təyziq kəskin artdığından böyrəklərin fəaliyyətində yaranmış problem ölümə yol açır. Mən bir daha ana olmağa hazırlaşan qadınlara, onların ailələrinə səslənmək istəyirəm ki, mütləq hamiləlikdən öncə və bu müddətdə həkim nəzarətindən kənarda qalmasınlar. Və patalogiyası olan hamilə qadınlar doğuş və qeysər əməliyyatı üçün adi rayon xəstəxanalarına deyil, ixtisaslaşmış xəstəxanalara müraciət etsinlər".  


Sizin Reklam Yeriniz