Əlaqə Arxiv
news Image
2013.10.30
14:26
| A A A
Sabah üç sərgi birdən işə başlayacaq

Sabah Azərbaycanda 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə, 8-ci Azərbaycan Beynəlxalq Stomatologiya və 7-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgilərinin keçirilməsinə başlanacaq. Movqe.az-ın xəbərinə görə, bununla bağlı Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində sərgi iştirakçılarının keçirdikləri mətbuat konfransında "İteca Caspian" şirkətinin icraçı direktoru Edvard Strun bildirib ki, bu il sərgi iştirakçıların sayı 20 faiz artıb. Sərgidə 17 ölkədən 120-dən çox nümayəndə iştirak edəcək. İlk dəfə olaraq sərgi çərçivəsində Ümumdünya Tibbi Turizm Assosiasiyası və Türkiyə Tibbi Turizm Assosiasiyasının dəstəyi ilə tibbi turizm sektoru nümayiş olunacaq. Bu sektor dünyanın 20-dən artıq müxtəlif klinikasını özündə birləşdirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli belə sərgilərinin keçirilməsinin Azərbaycan səhiyyəsinin inkişafına böyük təkan verdiyini söyləyib. Onun sözlərinə görə, son bir neçə ildə səhiyyənin özəl tibb sahəsində baş verən irəliləyişlərdə belə sərgilərin də rolu var: "Yeni səhiyyə mərkəzləri yaradılır, müalicə və müayinə texnologiyaları ildən-ilə yenilənir. Həkimlər də hər zaman müasir dövrdə baş verən nailiyyətləri izləməlidirlər ki, müalicə zamanı yeni metodlardan istifadə edə bilsinlər".

"İteca Caspian" şirkətinin layihə meneceri Elmira Ağayeva deyib ki, sərgilər noyabrın 2-də yekunlaşacaq. Bu il sərgidə Çexiya Respublikası öz milli stendi ilə debüt edir. Stenddə Çexiyanın 10 şirkəti ortopedik məhsullar, laboratoriya avadanlıqları, tibb bacıları ilə pasiyentlər arasında rabitə üçün avadanlıqlar, xilasetmə avadanlıqları və təcili tibbi yardım vasitələri, habelə klinikalar üçün mebel təqdim edəcək.

Sizin Reklam Yeriniz