Əlaqə Arxiv
news Image
2013.10.30
15:13
| A A A
Bu qış sərt keçəcək

Telman Zeynalov 1950-ci illərdə müşahidə edilən soyuq havaların 2014-cü ildə yenidən qayıdacağını deyib


Son günlər müşahidə edilən isti hava şəraiti insanları narahatlığına səbəb olub. Belə ki, çoxları hava şəraitinin anomal olduğunu düşünürlər. 


"Bu qış sərt keçəcək. 1950-ci illərdə müşahidə edilən soyuq havalar yenidən qayıdacaq". Bu sözləri ans press-ə açıqlamasında ekoloq Telman Zeynalov deyib. 

Onun sözlərinə görə, qış fəslində havaların qarlı və sərt şaxtalı keçəcəyi proqnozlaşdırılır. 

Ekoloq payızda müşahidən edilən isti hava şəraitinin insan orqanizminə mənfi təsir etdiyini deyib. "İki saatdan bir tempraturun dəyişməsi insanları tez-tez paltarlarını dəyişmək məcburiyyətində qoyur. Bu da onların səhətlərində müəyyən problemlərin yaranmasına səbəb olur".


Noyabr ayının 1-dən hava kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya və Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, mülayim cənub küləklərinin yerini soyuq şimal küləkləri alacağını söyləyib: "Ayın 1-dən etibarən bəzi dağlıq rayonlara yağış yağacaq. Mülayim cənub küləklərinin yerini ara-bir şimal küləkləri əvəz edəcək".


Yaxın 2-3 gün ərzində Abşeron yarmadasında metereloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlı olacaq: "Bu tempreratur ölkə ərazisi üçün xarakterikdir. Heç bir anomaliya yoxdur".


Kənd Təsərrüfatı Nazirliyindən Sabir Vəliyev isə son günlər havaların isti keçməsini kənd təsərrüfatına müsbət təsir edəcəyini deyir. Onun sözlərinə görə, isti havalar taxıl və yem bitkilərinə yaxşı təsir göstərir, pambıq və meyvə yığımı üçün də münbit şərait yaradır: "Havanın belə keçməsi otlaqlarda yaxşı ot örtüyünün yaranmasına şərait yaradır".


Sizin Reklam Yeriniz